Bakı. Trend:
Hövsan kəndində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, Hövsan kəndini içməli su ilə təmin edən xətdə qəza baş verib.
Qəzanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 1-i günorta saatlarınadək əraziyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Agentlik yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.
