Bakı. Trend:
Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, içməli suyun verilməsi oktyabrın 7-də səhər saatlarınadək bərpa olunacaq.
