Yeni qanun su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaq – ADSEA rəsmisi

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 12:36 (UTC +04:00)
Yeni qanun su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaq – ADSEA rəsmisi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Aqrar sahə haqqında” qanun layihəsində su itkilərinin azaldılması, səmərəli suvarma sistemlərinin tətbiqi, bitki növləri üzrə suvarma normalarının müəyyənləşdirilməsi və su tutarlarının yaradılması ilə bağlı müddəaların əksini tapması su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaq.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

İlham Bayramov bildirib ki, layihədə aqrar sahədə səmərəliliyin və effektivliyin artırılması, su itkilərinin azaldılması, suvarma sistemlərinin tətbiqi, xüsusilə bitki növləri üzrə suvarma normalarının və su tutarlarının yaradılması ilə bağlı müddəaların təsbit olunması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, indiyədək qüvvədə olan qanunlarda bu istiqamətlər bu şəkildə müəyyən edilməyib.

“Layihədə aqrar sahədə səmərəliliyin və effektivliyin artırılması, su itkilərinin azaldılması və suvarma sistemlərinin tətbiqi kimi istiqamətlərin təsbit olunmasına xüsusi əhəmiyyət veririk”, – deyə ADSEA sədr müavini bildirib.

O qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektləri əsas resurslar kimi artıq yeni qanunda təsbit olunur. Bu məsələnin də xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

İlham Bayramov bildirib ki, qanun layihəsinin 12-ci maddəsində sudan istifadənin konkret məqsədləri, həmçinin sudan səmərəli istifadə ilə bağlı 7 tədbir nəzərdə tutulur.

“Bu, su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaq”, – deyə o vurğulayıb.

ADSEA sədr müavini qeyd edib ki, milli qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirlərinin də bu qanunla təsbit olunması nəzərdə tutulur.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinə adaptasiya tədbirləri çərçivəsində əsas məsələlərdən biri su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsidir.

İlham Bayramov su tutarlarının yaradılması ilə bağlı müddəanın da xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, su ehtiyatlarının toplanması və daha səmərəli istifadəsi su təminatının yaxşılaşdırılmasına, lazımi vaxtda və lazımi səviyyədə suyun verilməsinə imkan yaradacaq.

“Su tutarlarının yaradılması su ehtiyatlarından səmərəli istifadə üçün onların toplanmasına və su təminatının lazımi səviyyədə, lazımi vaxtda həyata keçirilməsinə şərait yaradacaq”, – deyə o qeyd edib.

ADSEA sədr müavini əlavə edib ki, bu mexanizmlər eyni zamanda ölkənin su resurslarından daha səmərəli istifadəsini təmin edəcək.

İlham Bayramovun sözlərinə görə, qanunun qəbul edilməsi aqrar sahədə normativ tənzimləmənin vahidləşdirilməsinə, dövlət dəstəyi mexanizmlərinin və şəffaflığının, eləcə də dövlət dəstəyinin məqsədli təyinatının təmin olunmasına imkan verəcək.

O bildirib ki, qanun layihəsi resurslardan səmərəli istifadə və iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

“Qanunun qəbulundan sonra formalaşacaq dəqiq mexanizmlər və onun tətbiqi üçün hazırlanacaq mexanizmlər məşğulluğun artırılmasına, kənd yerlərinin dayanıqlı inkişafına və gəlirlərin artmasına töhfə verəcək”, – deyə İlham Bayramov bildirib.

O vurğulayıb ki, bütün bunlar xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti