Bakı. Trend:
Səbail rayonunun bəzi ərazilərində su təchizatında yaranan müvəqqəti fasilə aradan qaldırılıb.
Bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar oktyabrın 12-də gecə saatlarında su təminatında yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.
Hazırda abonentlərin su təminatı əvvəlki rejimdə həyata keçirilir.
