...

Azərbaycanın təhsil naziri Moskva Dövlət Universitetinin rektorundan izahat tələb edib

Cəmiyyət Materials 14 Noyabr 2005 18:29 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov Moskva Dövlət Universitetinin (MDU) rektoruna məktub yazaraq ondan bu ali məktəbin kafedra müdiri və bir qrup tələbəsinin Azərbaycan hökumətinin razılığı olmadan Dağlıq Qarabağa (Azərbaycan) səfərinə aydınlıq gətirilməsini tələb edib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Azərbaycanın təhsil naziri hesab edir ki, Rusiya ali məktəbi müəllimi və tələbələrinin Azərbaycan tərəfinin icazəsi olmadan Dağlıq Qarabağa səfəri qanunsuzdur. Nazir analoji məktubla Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə də müraciət edib.

Nazirlikdən verilən məlumata görə, rusiyalı tələbələrin DQ-a səfəri və onların Dağlıq Qarabağ universitetində görüş keçirməsi barədə məlumat Rusiyanın İnternet saytlarından birində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti