...

Ombudsman İstanbulda keçirilən beynəlxalq qadınlar konqresində iştirak edib

Cəmiyyət Materials 1 Fevral 2006 20:41 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türkiyənin İstanbul şəhərində "Sivilizasiyalararası dialoqda qadınların rolu" mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib. Trend xəbər verir ki, konqress BMT-nin Baş Katibliyinin və Türkiyənin Dövlət Nazirliyinin təşəbbüsü ilə keçirilib.

Beynəlxalq tədbirin keçirilməsində məqsəd dünya qadınlarının cəmiyyətin inkişafında, insani dəyərlər əsasında sabitlik və harmoniya yaradılmasında, sülh və təhlükəsizliyin qorunmasında səylərini birləşdirmək, onların həmrəyik platformasını yaratmaq, sivilizasiyalararası dialoqda rolunu təmin etməkdən ibarət olub.

Tədbiri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıb. Tədbirə dəvət olunan dövlətlərin nümayəndələri çıxışlar edib. Ombudsman E.Süleymanova "Müstəqillik dövründə demokratikləşmə və qadın təşkilatları" mövzusunda məruzə edib.

Xəbər lenti

Xəbər lenti