Azərbaycanlılardan heç biri Ukraynanın Ali Radasına seçkilərdə namizədliyini irəli sürməyib
"Ukrnaynada yaşayan azərbaycanlılardan heç biri Ali Radaya seçkilərdə öz namizədliyini irəli sürməyib, buna səbəb ölkə daxilində gərginliyin hökm sürməsidir". Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 16-da jurnalistlərlə söhbətində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.
Səfir qeyd edib ki, Ukraynadakı Azərbaycan diasporu müəyyən partiyalardan namizədləri dəstəkləyəcək, "belə ki, onların qorunması vacib olan öz maraqları var".
Lobbiçilik - normal, hamı tərəfindən qəbul olunmuş prosesdir, onsuz çox çətindir", - deyə T.Əliyev qeyd edib.