...

"Esmiralda usaq yaradıcılıq mərkəzi"nin sərgisi açılacaq

Cəmiyyət Materials 16 Fevral 2006 15:48 (UTC +04:00)

Fevral ayının 20-də Rəssamlar İttifaqının təşəbbüsü ilə "Esmiralda usaq yaradıcılıq mərkəzi"nin sərgisi açılacaq. Vəcihə Səmədova adına sərgi salonunda gerçəkləşəcək sərgidə 10 uşağın 60-a yaxın ən yaxşı əsərləri nümayiş olunacaq. İştirakçılar müəyyən diplomlarla təltif olunacaq.

Rəssamlar İttifaqının keçirəcəyi digər sərgi isə fevralın 23-də gerçəkləşəcək. Mərasimdə 26 fevral Xocalı faciəsinə həsr edilmiş əsərlər nümayiş olunacaq. "Azərbaycan dünyası qalereyası"nda həyata keçiriləcək sərgidə yalnız Azərbaycanın peşəkar rəssamlarının əl işləri izləyicilərə təqdim olunacaq. Növbəti sərgi isə martın 7-də gerçəkləşəcək.

Iəcihə Səmədova adına sərgi salonunda baş tutacaq sərgi 8 mart Beynəlxalq qadınlar gününə həsr ediləcək. Sərgidə Azərbaycanın qadın rəssamlarının əl isləri nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti