...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində illik hesabatla bağlı iclas keçirilib

Cəmiyyət Materials 24 Fevral 2006 17:40 (UTC +04:00)

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində illik hesabatla bağlı iclas keçirilib. Trend xəbər verir ki, adıçəkilən komitənin sədri Rafiq Əliyev ötən ildə görülən işlər barədə məlumat verib.

Komitə sədri vurğulayıb ki, son illərdə islam və qeyri-islam təmayüllü dini icmaların dövlət komitəsinə, bütövlükdə hökumətə olan etimadı və inamı daha da artıb. Ötən il ərzində 25 dini icmanın qeydiyyatdan keçdiyini bildirən komitə sədri müxtəlif dini cərəyanların təbliğat üsulları haqqında da məlumat verib. R.Əliyev dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, cəmiyyətdə dini dözümlülüyü, tolerantlığı bərqərar etmək məqsədilə komitə tərəfindən 2005-ci ildə respublikanın müxtəlif bölgələrində "Dövlət-din münasibətlərinin tənzimlənməsi", "Dövlət və din", "Dinin cəmiyyətdə rolu" mövzularında 14 seminar-müşavirənin keçirildiyini qeyd edib.

R.Əliyevin sözlərinə görə, cari ildə din sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi və KİV-də təbliğat xarakterli məqalələrin monitorinqinin gücləndirilməsi gözlənilir. İclasın sonunda bir sıra cari məsələlər müzakirə edilib və komitənin 2005-ci ildə gördüyü işlər qənaətbəxş hesab edilib.

Xəbər lenti

Xəbər lenti