...

Azərbaycan yığması Avropa çempionatında 4 medal qazanıb

Cəmiyyət Materials 18 Aprel 2006 14:55 (UTC +04:00)

Azərbaycanın sambo üzrə yığması Belqradda başa çatmış Avropa çempionatında 4 medal qazanıb. Trend in xəbər verdiyi kimi, finalda gürcü Vşanqi Kuzanaşvilini məğlub etmiş 52 kq çəki dərəcəsində İslam Qasımov bu çempionatı qələbə ilə başa vurub. Elçin Mayılov (57 kq) və dəfələrlə qitə birinciliyinin qalibi Hakim Nəzərəliyev (62 kq) finala çıxsalar da, həlledici anda rusiyalı Gennadi İlyin və İlya Xlıbova məğlub olublar. Yarımfinalda yarışı tərk edən Vasif Səfərbəyov (+100 kq) isə 3-cü yerdə qərarlaşıb.

Bu çempionatda rusiyalı atletlər 7 qızıl, 6 gümüş və 5 bürünc mükafat qazanıb.

Xəbər lenti

Xəbər lenti