...

Qafqaz Müsəlmanları İdarəsinin apellyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 25 May 2006 17:11 (UTC +04:00)

Mayın 25-də Apellyaisya Məhkəməsində hakim Ələsgər Əliyevin sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Səbail rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixdə çıxardığı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə Trend ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

Qeyd edək ki, QMİ Səbail rayon Məhkəməsində DQİDK-yə və Lənkəran rayonu Şıxakəran kəndində yerləşən "Şeyx Zahid" ziyarətgahına qarşı iddia qaldırıb. QMİ-nin iddiasına görə, DQİDK qanunvericiliyi pozub və QMİ-nin təqdimatı olmadan "Şeyx Zahid" ziyarətgahı yaradıb.

DQİDK isə ziyarətgahların İslam dininə aid olub-olmaması ilə bağlı ekstpertiza keçirilməsi tələbi ilə məhkəmə qarşısında vəsatət qaldırıb. Məhkəmənin həmin vəsatəti təmin etməsi qarşı tərəfin narazılığına səbəb olub. Bu səbəbdən də QMİ vəsatətin təmin olunması ilə bağlı hakimin çıxardığı qərarın ləğv edilməsinə dair apellyasiya şikayəti verib.

Apelyyasiya Məhkəməsində işə baxılarkən birinci instansiya məhkəməsinin çıxardığı qərar qanuni hesab edilib və QMİ-nin şikayəti təmin olunmayıb.

Xəbər lenti

Xəbər lenti