...

İyunun 3-də Bakıda Türkiyə universitetlərinin magistraturasına imtahanlar keçiriləcək

Cəmiyyət Materials 2 İyun 2006 16:57 (UTC +04:00)

İyunun 3-də Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda Türkiyə universitetlərinin magistraturasına imtahanlar keçirəcək. TQDK-dan Trend ə verilən məlumata görə, Azərbaycan universitetlərinin bakalavr dərəcəsi almış və 1 yanvar 2006-cı il tarixinədək 27 yaşı tamam olmamış məzunları imtahanlarda iştirak etmək hüququna malikdir.

Türkiyə universitetlərinin magistraturalarında 12 yer ayrılıb. Qəbul imtahanları Azərbaycan və rus dillərində keçiriləcək. Tələb olunan balı toplayan abituriyentlər il ərzində Türkiyədə türk dili kursları keçəcək və yalnız bundan sonra ixtisaslarına uyğun olaraq bu ölkənin ali təhsil müəssisələrində yerləşdiriləcək.

Artıq universitetlərin 135 məzunu sənəd verib.

Xəbər lenti

Xəbər lenti