...

Bakıda "QİÇS/HİV ilə mübarizədə vətəndaş cəmiyyətinin imkanlarının gücləndirilməsi" konfransı keçirilib

Cəmiyyət Materials 21 İyun 2006 16:05 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, iyunun 21-də "İrşad" otelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və UNDP-nin dəstəyilə "QİÇS/HİV ilə mübarizədə vətəndaş cəmiyyətinin imkanlarının gücləndirilməsi" layihəsinin gerçəkləşdirilməsinə həsr olunmuş konfrans keçirilib.

Konfrans zamanı çıxış etmiş komitənin sədri Rafiq Əliyev dini icmaların ictimai həyatda iştirakının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, 2001-ci ildən gerçəkləşdirilən layihənin əsas məqsədi - QİÇS/HİV-ə qarşı profilaktik tədbirlər görməkdir. Layihə çərçivəsində iki qrant proqramı həyata keçirilib ki, burada da əsas vurğu ictimaiyyət arasında maarifçilik işinin aparılmasının üzərinə düşüb.

BMT-nin Azərbaycandakı rezident-koordinatoru Marko Borsotti bildirib ki, layihənin gerçəkləşdirilməsi zamanı əldə olunmuş təcrübə çox faydalıdır və BMT-nin digər ölkələrdəki layihələrində də istifadə olunacaq.

"Azərbaycanda konstitusiya özülü ilə yanaşı, dini dəyərlərə də hörmət qorunub saxlanmaqdadır. Azərbaycandakı dözümlülük bir çoxları üçün nümunə olmalıdır" - deyə M. Borsotti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti