...

Rafiq Hüseynov : "Rasim Ocaqovun yaratdığı əsərlər əbədi yaşayacaq və həmişə seviləcək"

Cəmiyyət Materials 12 İyul 2006 15:01 (UTC +04:00)

"Biz Rasim Ocaqovun simasında görkəmli kinorejissoru və görkəmli bir şəxsiyyəti itirdik. Bu dahi insan elə gözəl əsərlər qoyub getdi ki, yüz illər sonra da onun əsərləri əbədi yaşayacaq və həmişə seviləcək". Bu fikirləri "Trendə" açıqlamasında tanınmış teleaparıcı, xalq artisti Rafiq Hüseynov bildirib. O, görkəmli kinorejissor Rasim Ocaqovun dünyasını dəyişməsi ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, kinorejissorun vəfatı sənətdə böyük bir boşluq yaradacaq.

R.Hüseynov qeyd edib ki, R.Ocaqovla iş birliyindən başqa, həm də yaxın dost olub. "Bu dostluq elə möhkəm idi ki, onun itkisi mənim üçün ağırdır. Həm də ona görə təəssüflənirəm ki, mən dostumdan başqa, həm də Azərbaycan kinematoqrafiyası özünün görkəmli nümayəndəsini itirdi. Rasim Ocaqovu tanıyanlar bilir ki, o öz sənətinin zirvəsində olmaqla bərabər, həm də gözəl şəxsi keyfiyyətlərə malik əsil şəxsiyyət idi. Allah rəhmət eləsin".

Xəbər lenti

Xəbər lenti