...

Azərbaycanın taekvando yığmasının dünya birinciliyində iştirak edəcək tərkibi müəyyən edilib

Cəmiyyət Materials 20 İyul 2006 15:24 (UTC +04:00)

Azərbaycanın taekvando yığmasının məşqçi qərargahı iyulun 26-da Vyetnamda başlayacaq gənclər arasında dünya birinciliyində iştirak edəcək komandanın heyətini müəyyən edib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Xoşimin Sitidə dayanq üzərinə Eldar Qurbanov (45 kq), Nicat Haqverdiyev (48 kq), Faiq Tanrıverdiyev (51 kq), Nicat Mikayılov (55 kq), Rövşan Cəfərov (59 kq), Elvin Məmmədov (63 kq), Səbuhi İsmayılov (68 kq), Məhəmməd Əzizli (73 kq) və Aydın Bəhramov (78 kq) çıxacaq. Qadınlardan ibarət kollektivə isə Fatimə İbrahimova (42 kq), Aygün Abdullayeva (44 kq), Günay Qarayeva (52 kq), Pərvin Rəhimova (55 kq) və Günay Ağakişiyeva (59 kq) daxildir.

Qeyd etmək lazımdır ki, Seulda keçirilmiş əvvəlki planet birinciliyində komanda Miftun Salmanovun səyləri nəticəsində "bürünc" qazanmışdı.

Xəbər lenti

Xəbər lenti