...

"Neftçi"nin forvardı karyerasını "Monako"da davam etdirə bilər

Cəmiyyət Materials 22 İyul 2006 12:52 (UTC +04:00)

"Neftçi" futbol klubunun forvardı Tomislav Mişura öz karyerasını "Monako"da davam etdirə bilər.

Trend in xəbər verdiyi kimi, hazırda transferə çıxarılmış sloveniyalı futbolçu Monte-Karlo komandasında baxışdan keçir. Əgər o bəyənilərsə, komanda rəhbərliyi bakılılarla bağlanmış müqavilənin müddətinin yalnız gələn mövsüm bitməsinə baxmayaraq hücumçunu buraxmağa hazırdır.

Məsələ burasındadır ki, sloveniyalı hələ ötən mövsüm özünə olan etibarı itirib. O, Birlik Kuboku zamanı şəxsi işlə əlaqədar Sloveniyaya getmək üçün bir neçə günlüyə icazə almış, ancaq Bakıya 2 aydan sonra qayıtmışdı. T.Mişuranın vurduğu qolların köməyi ilə İslandiyanın "Xafnarfyerdur" klubuna qalib gəlmiş "Neftçi" bu müddət ərzində Çempionlar Liqasının birinci raundunda formasını xeyli itirmiş və buna görə də məşqçi qərargahı ölkə çempionatının 2-ci yarısında ona etibar edə bilməmişdir.

Xəbər lenti

Xəbər lenti