...

Gürcüstan DİN Gürcüstanda yaşayan azərbaycanlıların saxlanılmasını qəti rədd edir

Cəmiyyət Materials 8 Avqust 2006 18:56 (UTC +04:00)

Gürcüstan DİN ölkədə yaşayan azərbaycanlıların Bakıda nəşr olunan "Hümmət" qəzetini yaydıqlarına görə saxlanılaraq döyülməsini qəti rədd edib.

DİN administrasiyasının rəhbəri Şota Xizanişvilinin Trend in xüsusi müxbirinə bildirdiyinə görə, bu məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının prezidenti Daşqın Gülməmmədov avqustun 8-də assambleya üzvlərinin Bakıda nəşr olunmuş "Hümmət" qəzetini yaydıqları üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat vermiş, qəzetin 300 nüsxəsinin müsadirə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, həmin nüsxələrdə Gürcüstan hakimiyyətinin fəaliyyəti tənqid olunurdu.

"Regnum" İA yazır ki, çərşənbə axşamı DİN-in Əkskəşfiyyat Departamentinin əməkdaşları zor tədbiq edərək assambleyanın üzvlərini saxlayıb və qəzetin nüsxələrini müsadirə edib. Bu barədə Analitik-İnformasiya Mərkəzinin rəhbəri Abbas Muradxanlı xəbər verib. Onun sözlərinə görə, assambleyanın üzvləri Tahir Qurbanov, Zəfər Qabilov və İsmayıl Qurbanov döyülərək DİN-in Əkskəşfiyyat Departamentinin Marneuli rayon şöbəsinə aparılıb.

Xəbər lenti

Xəbər lenti