Azərba can Respublikasının hərbi prokuroru general-leytenant Xanlar Vəliyev prokurorluq orqanında qüsursuz və nümunəvi xidmətinə görə Naxçıvanın hərbi prokuroru Yaşar Həsənova vaxtından əvvəl ədliyyə polkovnik-leytenantı hərbi rütbəsini təqdim edib. Bu barədə Trend ə Respublika Hərbi prokurorunun köməkçisi Əfrahim Təhməzov məlumat verib.
Təqdimat Naxçıvan Hərbi Prokurorluğunun yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub.
X.Vəliyev bildirib ki, ikimərtəbəli və müasir avadanlıqlarla təchiz olunmuş yeni bina prokurorluq əməkdaşlarına öz işlərini yaxşı qurmaq üçün geniş imkanlar açacaq.