...

Penitensiar Sistemə İctimai Nəzarət Komitəsinin iclası noyabr ayına qədər təxirə salınıb

Cəmiyyət Materials 13 Oktyabr 2006 15:27 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanda Penitensiar Sistemə İctimai Nəzarət Komitəsinin bəzi üzvləri ölkədə olmadığı üçün Komitənin iclası noyabr ayına qədər təxirə salınıb. Bu barədə Trend ə İctimai Kolmitənin üzvü Elçin Behbudov məlumat verib.

Tərkibi Ədliyyə Nazirliyinin və Milli Məclisin nümaynədələrindən, o cümlədən hüquq müdafiəçilərindən ibarət olan İctimai Komitənin iclası oktybarın 6-na təyin edilsə də, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq təxirə salınıb. Lakin hüquq müdafiəçiləri Çingiz Qənizadə, Səidə Qocamanlı və digərləri xarici ölkələrə səfərdə olduqları üçün iclasın yaxın günlərdə baş tutacağı gözlənilmir.

Qeyd edək ki, noyabr ayında baş tutacaq iclasın işində hüquq müdafiəçilərinin Komitəyə təqdim etdikləri təkliflər müzakirə olunacaq. Bu təkliflər cəzaçəkmə yerlərində kütləvi monitorinqlərin və maarifləndirmə işlərinin intensivləşdirilməsindən ibarətdir.

İctimai Komitəyə ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.

Xəbər lenti

Xəbər lenti