...

Azərbaycan və Belarus ali təhsil diplomlarının qarşılıqlı tanınması məsələsini nəzərdən keçirəcək

Cəmiyyət Materials 20 Oktyabr 2006 12:38 (UTC +04:00)

Azərbaycan və Belarus ali təhsil diplomlarının qarşılıqlı tanınması məsələsini nəzərdən keçirəcək. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, iki ölkə arasında əməkdaşlıq bu yaxınlarda ölkə başçısının Belarusa rəsmi səfəri zamanı imzalanmış, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçiriləcək.

Sənəd hər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaradılmasını, tələbə və müəllim mübadiləsini nəzərdə tutur. Nazirlikdən qeyd olunub ki, Azərbaycan və Belarus birgə elmi araşdırmaların aparılması istiqamətində də əməkdaşlıq edəcək.

Xəbər lenti

Xəbər lenti