...

"The Hot Club of Cowtown" qrupu Azərbaycanda pulsuz konsertlər keçirir

Cəmiyyət Materials 20 Oktyabr 2006 20:39 (UTC +04:00)

ABŞ səfirliyi Amerikanın "The Hot Club of Cowtown" caz və Qərb svinq qrupunun bu həftə Azərbaycana səfəri barədə məlumat verib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, qrup oktyabrın 25-də saat 19:00 Rəşid Behbudov adına Mahnı Teatrında və oktyabrın 27-də saat 19:00 Bakı Cazz Mərkəzində konsert keçirməklə yanaşı, Xaşmaz, Quba, Masallı, Lənkəran, Gəncə və digər şəhərlərdə çıxış edəcək. Həmçinin, oktyabrın 28-də saat 19:00 Sumqayıt Dram Teatrında başqa bir ifa nəzərdə tutulub.

Geniş içtimayyət üçün keçirilən konsertlərə giriş ödənişsizdir.

"The Hot Club of Cowtown" qrupunun səfəri ABŞ Dövlət Departamenti və ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib. Həmçinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Cazz Mərkəzi, USAİD, CHF İnternational və Müasir Musiqi Təşəbbüs Mərkəzi (Ensemble SoNoR) kimi qurumlar "The Hot Club of Cowtown"un səfər proqramının həyata keçirilmısinə öz dəstəyini verib.

Xəbər lenti

Xəbər lenti