Noyabrın 3-də Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 15 ölkədən alimlərin iştirak edəcəyi geniş beynəlxalq konfrans keçiriləcək.
Folklor İnstitutunun elmi katibi Elçin Abbasovun Trendə verdiyi xəbərə görə, "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" sərlövhəsilə keçiriləcək konfransın məqsədi türk xalqları arasında ədəbi-mədəni əlaqələri möhkəmləndirmək və folklorun qarşılıqlı elmi öyrənilməsidir.
Beyənlxalq konfransda Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan və Dağıstan respublikaları, Ukrayna (Krım) və Almaniyadan bir sıra nüfuzlu alimlər qonaq qismində iştirak edəcəklər.