...

"Qarabağ" futbol klubunun forvardı Samir Musayev "Xəzər"-ə qol vurmaq ümidindədir

Cəmiyyət Materials 9 Noyabr 2006 13:21 (UTC +04:00)

"Axırıncı oyunlarda mənə qol vurmaq nəsib olmayıb və ümid edirəm ki, "Xəzər"-lə görüşdə mən rəqib qapısına zərbə endirə biləcəyəm". Bu haqda "Qarabağ"-ın hücumçusu Samir Musayev ölkə çempionatının növbəti mərhələsində lənkəranlılarla qarşılaşma ərəfəsində qeyd edib.

Trend ağdamlıların rəsmi saytına istinadən xəbər verir ki, forvard gözlənilən oyunda əsas məqsədin komandanın bombardirlərini əsas plana çıxarmaq olduğunu bildirib. S.Musayev qeyd edib: "Bəlkə mənim sadəlövhlüyüm ondadır ki, hələ komanda yaxşı oyun göstərə bilməyib və biz "Xəzər"-ə uduza bilərik".

Qeyd etmək lazımdır ki, "Qarabağ" ölkə birinciliyində hələ heç bir dəfə də məğlubiyyətlə qarşılaşmayıb.

Xəbər lenti

Xəbər lenti