...

Dövlət Komissiyası dövlət strukturlarında işləmək istəyən namizədlər üçün imtahanlar keçirir

Cəmiyyət Materials 24 Noyabr 2006 18:35 (UTC +04:00)

Trend -ə Dövlət Komissiyasından məlumat veriblər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respudlikası "Dövlət xidməti haqqında" qanuna müvafiq olaraq 2006-cı il 25 və 26 noyabrda aşağıdakı dövlət strukturları ilə birgə dövlət xidmətində işləmək istəyənlər üçün test imtahanları keçirilir:

Noyabrın 25-də Baş Prokurorluğa işə qəbul üzrə imtahan keçirilir. Noyabrın 26-da isə Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinə, Hesablama Palatasına, Vergilər Nazirliyinə, Dövlət Standartlaşdırma, Metrelogiya və Patent üzrə Dövlət Agentliyinə, Ailə, Qadın və Uşaqların problemləri üzrə Dövlət Komitəsinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına işə qəbul üzrə imtahan keçirilir.

Namizədlər 21 noyabrdan sənədlərini təqdim etdikləri qəbul komissiyalarından "İmtahana buraxılış vəsiqəsini", "Şəxsiyyət vəsiqəsini" və "Yaddaş kitabçasını" əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti