...

Bu gün təhsil naziri Salyanda olub

Cəmiyyət Materials 30 Noyabr 2006 16:29 (UTC +04:00)

Təhsil naziri Misir Mərdanov təhsilin vəziyyəti ilə yerində tanış olmaq üçün bu gün Salyanda olub. Trend in bölgə müxbiri xəbər verir ki, nazir əvvəlcə 3 saylı orta məktəbdə vergi tədrisi və kompüter otaqlarına baxış keçirib, 5-ci sinfin dərsində iştirak edib, müəllimlərlə görüşüb. Sonra o, 7 saylı orta məktəbdə, 1 saylı uşaq baxçasında və rayon internat məktəbində təhsilin şəraiti və keyfiyyəti ilə maraqlanıb. Yekunda Salyan rayon İcra Hakimiyyətində məktəb direktorlarının, təhsil işçilərinin və aparat işçilərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirə də çıxış edən M.Mərdanov Salyan rayonunda təhsilin səviyyəsinin qənaətbəxş olduğunu bildirərək, rayondan olan 58 məzunu 500 baldan, 13 nəfər məzunun 600-dən yuxarı bal toplamasını, onlardan 2 nəfərinin prezident təqəüdünə layıq görülməsini müsbət hal kimi qiymətləndirib. Nazir təhsildə yüksək xidmətləri olan 12 müəllimə də Fəxri fərman təqdim edib. Sonra təhsil naziri rayonun Qarabağlı kəndinə gedərək "Salyanoyl" şirkətinin vəsaiti hesabına yeni tikilmiş Qarabağlı-2 məktəbində və qəzalı vəziyyətdə olan köhnə Qarabağlı-1 məktəblərində olub, vəziyyətlə yerində tanış olub.

Xəbər lenti

Xəbər lenti