...

İTV-nin internet serverinin dağıdılması ilə bağlı araşdırma aparılır

Cəmiyyət Materials 22 Yanvar 2007 13:10 (UTC +04:00)

Azərbaycan İctimai Televiziyasının internet saytının kimlər tərfindən və harada dağıdılması araşdırılır. Bu barədə Trend ə İTV-nin saytına məsul olan texniki əməkdaşı Cahid Kazımov məlumat verib.

O bildirib ki, bu gün -yanvarın 22-də saat 09.45-də serverə müdaxilə edilib və saytın (www.itv.az) fəaliyyəti dayandırılıb. C.Kazımovun sözlərinə görə, İTV-nin saytında birbaşa özünəmüdaxilə olmayıb. Saytın serverinə müdaxilənin məqsədli şəkildə edildiyi güman olunur. Çünki İTV-nin saytına ermənilərin gerbi qoyulub.

C.Kazımov bildirib ki, saytın təhlükəsizliyi tam yüksək səviyyədə təmin edilmişdi. Çünki teleşirkət dünyada məşhur internet portalı YAHOO ilə işləyir: "Lakin serverə müdaxilədən sonra biz serverdə hansı boşluqların olduğunu aşkar edəcəyik və bu problemləri aradan qaldıracağıq. Mənim fikrimcə, bu hərəkəti ermənipərəst ruslar da edə bilər. Har halda biz araşdırmalara başlamışıq və hansı ölkədən müdaxilə edildiyini müəyyənləşdirəcəyik. Serverin dağıdılması İTV-də və saytda ermənilərin əleyhinə gedən materiallara görə qisas almaq məqsədi güdür. Bu günün sonuna kimi saytın fəaliyyəti bərpa olunucuq"-deyə Cahid Kazımov bildirib.

Xəbər lenti

Xəbər lenti