...

Azərbaycan fiqurlu konkisürəni İvan Blaqov Avropa Çemionatında iştirakına uğursuz başlayıb

Cəmiyyət Materials 25 Yanvar 2007 12:45 (UTC +04:00)

Azərbaycan fiqurlu konkisürəni İvan Blaqov Varşavada keçirlən Avropa Çemionatında iştirakına uğursuz başlayıb.

Trend xəbər verir ki, qısa proqramını yerinə yetirdikdən sonra o, hakimlərdən 39.46 xal alıb ki, bu, ona yalnız rumınyalı Zoltan Kelemeni irəliləməyə imkan verib. Baxmayaraq irəlidə İvanı sərbəst rəqs gözləyir, o, 31-ci yeri tutaraq ilk iyirmiliyə düşmək şansını artıq itirib.

Liderliyi isə ikinci və üçüncü yerlərdə qərarlaşmış fransız Brayn Juberi və belorus Sergey Davıdovu qabaqlayan çexiyalı Tomaş Verner qazanıb.

Azərbaycanı təmsil edən Kristina Şlobina isə 7-ci nömrə ilə ikinci qrupda almaniyalı Kristin Vitszorek, Rusiyadan Kseniya Doronina və Aleksandra İyevleva, eləcə də Melissandra Fugnteslə birgə yer alıb.

Xəbər lenti

Xəbər lenti