...

Gəncədə tikiləcək yeni teatr binasının layihəsi yaxın iki aya hazır olacaq

Cəmiyyət Materials 21 Fevral 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə yeni tikiləcək teatr binasının layihəsi iki aya hazır olacaq. Trendin Qərb Bürosunun bildirdiyinə görə, bu barədə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov məlumat verib.

Musahibin sözlərinə görə tikiləcək yeni bina 1000 nəfərlik olacaq. "Ölkə başçısı İlham Əliyev C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yerləşdiyi binanın əsaslı təmir olunması və ya yeni binanın tikilməsi barədə göstəriş verib. "Mən bu göstərişdən sonra şəhərin teatr və incəsənət xadimlərinin iştirakı ilə toplanı keçirdim və biz bu məsələni orada müzakirə etdik. Sonda belə qənaətə gəlindi ki, yeni teatr binası tikilsin", deyə E.Əzizov qeyd edib. O, əlavə edib ki, hazırki teatr binası 400 nəfərlikdir. İcra başçısı onu da bildirib ki, yaxın iki ay ərzində yeni binanın layihəsi hazırlanaraq Mədəniyyət və Turizm Nazirliynə təqdim ediləcək

Xəbər lenti

Xəbər lenti