...

Azərbaycanda ilk "Sərhədçi" Olimpiya Kompleksi inşa edilir

Cəmiyyət Materials 12 Aprel 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanda "Sərhədçi" Olimpiya İdman Kompleksinin tikintisi aparılır. Trend in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib. Quliyev bildirib ki, Bakının "Xalqlar Dostluğu" metrosunun yaxınlığında böyük bir ərazidə inşa olunan kompleksin tikintisi bu ilin sonu, gələn ilin əvvəllərində başa çatacaq. Artıq 400 yerlik meydançanın və mehmanxananın inşası başa çatıb, 1000 yerlik universal zalın tikintisi aparılır.

Bu günə kimi Azərbaycanın müxtəlif rayon və şəhərlərində 11 olimpiya kompleksi istifadəyə verilib. 14 kompleksin tikintisinə başlanıb.

Xəbər lenti

Xəbər lenti