...

Cənubi Qafqazın gənc jurnalistlərinin forumu Bakurianidə keçiriləcək

Cəmiyyət Materials 28 Aprel 2007 13:36 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Aprelin 29-dan mayın 1-nə qədər Bakuriani dağlıq kurort şəhərində Cənubi Qafqazın gənc jurnalistlərinin "Bizim qovuşuq" yekun forumu keçiriləcək. Forum "Uşaq qovuşuğu" beynəlxalq gənclik layihəsi çərçivəsində "İnternyus" fondu tərəfindən keçirilir.

2004-cü ildən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "İnternyus Azərbaycan", "İnternyus Ermənistan" və "İnternyus" fondu Cənubi Qafqazda analoqu olmayan 3 illik beynəlxalq gənclik televiziya proqramını həyata keçirməyə başlayıb.

Qafqaz tineycerlərinin həyatından bəhs edən telealmanax milli dillərdə Cənubi Qafqaz ölkələrinin ictimai kanalları ilə həyata keçirilir. Gürcüstanın İctimai Televiziyasının auditoriyasına bu proqram "Bizim ekspress" adı altında məlumdur. Proqram efirə ilk dəfə 2005-ci ilin yanvarında çıxıb.

Regionun hər üç ölkəsində 14 yaşından 17 yaşadək yeniyetmələrdən ibarət 6 qrup efirə hazırlanır. Qrupun tərkibi hər il dəyişilir və yeni qruplar müsabiqə yolu ilə seçilir. İlk müsabiqə 2004-cü ildə Gürcüstanda keçirilib, müsabiqədə 80 oğlan və qız iştirak edib. Növbəti ildə namizədlərin sayı 120-dək artıb. 2006-cı ildə "altılığa" düşməyi 170 gənc arzu edib.

Cənubi Qafqazın bütün gələcək jurnalistləri üçün Acarıstanın kurortlarında hər il "Yay televiziya düşərgələri" keçirilib. Düşərgədə onlar jurnalistikanın əsaslarını öyrənib və telereportajların hazırlanması sənətinə yiyələnib.

Treninqləri "İnternyus" fondu, "İnternyus Azərbaycan" və "İnternyus Ermənistan"ın təcrübəli prodüsserləri, həmçinin dəvət olunmuş məsləhətçilər aparıb. Gənclər informasiya proqramları, tok-şoular hazırlayıb. Sonra bu proqramlar Acarıstanın yerli kanalları vasitəsilə efirə çıxıb.

Bakurianidəki forumda "Uşaq qovuşuğu"nun "bütün nəsilləri"ndən 36 nümayəndə iştirak edəcək. Burada hər üç ölkə proqramlarının təqdimatı, yay düşərgələində gənclər tərəfindən çəkilmiş (YUNİCEF-in dəstəyi ilə) 1 dəqiqəlik filmlərin nümayişi, həmçinin "Uşaq qovuşuğu" layihəsi haqqında filmin təqdimatı keçiriləcək.

Forumda 6 nominasiya üzrə ən yaxşı film və süjetlərin müsabiqəsi keçiriləcək. Qaliblər müxtəlif mükafatlara layiq görüləcək. Forumun işində USAİD-in nümayəndəsi Keti Bakradze iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti