...

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavininin apellyasiya şikayəti üzrə proses keçirilib

Cəmiyyət Materials 3 May 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini Gülməmməd Məmmədov və digər 23 nəfərin barəsindəki məhkəmə hökmündən verilmiş apellyasiya şikayəti üzrə bu gün Apellyasiya Məhkəməsində hakim Qəzənfər Kərimovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Cümə axşamı Apellyasiya Məhkəməsindən Trend ə bildirilib ki, vəkillər təqsirləndirilənlərin prosesdə iştirakı barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Təqsirləndirilənlərin prosesdə iştirakının təmin olunması üçün hazırlıq iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Gülməmməd Məmmədovla bərabər eyni cinayət işi üzrə təqsirləndirilmiş Penitensiar Xidmətin İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov, bazanın sabiq mühasibləri Rafiq Cəfərov, Elman Məmmədov və daha bir neçə nəfər barələrində çıxarılmış hökmdən narazıdır və məhkəməyə apellyasiya şikayətləri veriblər.

Cabbarov və Gülməmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək 12, Cəfərov və Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin 20 üzvü isə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.

Xəbər lenti

Xəbər lenti