...

Azərbaycanda hündürmərtəbəli binaların tikintisinə rəy verilməsi üçün 500-dən artıq müraciət daxil olub

Cəmiyyət Materials 21 May 2007 12:57 (UTC +04:00)
Azərbaycanda hündürmərtəbəli binaların tikintisinə rəy verilməsi üçün 500-dən artıq müraciət daxil olub

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hündürmərtəbəli binaların və digər obyektlərin tikintisinə rəy verilməsi üçün bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 30-dan artıq müraciət daxil olub. Bunlardan 15-nə müsbət rəy verilib. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib. Bağırovun sözlərinə görə, ötən il bu məqsədlə nazirliyə 70-80 müraciət daxil olub ki, bunlardan da 40-na mənfi rəy verilib.

Nazir bildirib ki, nazirlik yarandığı dövrdən bəri hündürmərtəbəli binaların və digər obyektlərin tikintisinə rəy verilməsi üçün 500-dən çox müraciət daxil olub. Bundan 250-dən çoxuna mənfi rəy verilib.

Bağırovun sözlərinə görə, rəy verilərkən ətraf mühitə dəyən ziyan məsələsi əsas prinsip götürülür.

Xəbər lenti

Xəbər lenti