...

Xanlar rayonunda yeni məktəblərin tikintisinə başlanılacaq

Cəmiyyət Materials 21 May 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bu ilin sonuna kimi Xanlar rayonunda üç yeni məktəb binası tikiləcək. Bu barədə bazar ertəsi məlumat verən rayon Təhsil İdarəsinin rəisi Altay İsmayılovun sözlərinə görə, məktəblərdən ikisi kənddə, biri isə rayon mərkəzində inşa olunacaq.

Ən böyük məktəb rayonun mərkəzində tikilən 504 nəfərlik 6 saylı məktəb olacaq. Digər məktəb isə 340 nəfərlik olmaqla Balçılı kənd orta məktəbidir. Aşıqlı kəndində tikiləcək orta məktəbdə isə 260 şagird təhsil ala biləcək.

İsmayılov əlavə edib ki, tikinti işləri yaxın vaxtlarda tenderin cavabı məlum olandan sonra başlanacaq. O, 2008-2009 tədris ili üçün məktəblərin istifadəyə veriləcəyini vurğulayıb.

Xanlar raoynunda 38 orta, 10 natamam (9 illik), 1 ibtidai orta məktəb var.

Xanlar paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti