...

Azərbaycan Xarici İşlər Nazirliyi işə qəbulla bağlı imtahanlar keçirir (video)

Cəmiyyət Materials 29 May 2007 17:11 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi işə qəbulla bağlı imtahanlar keçirir (video)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ İyunın 5-də Azərbaycanın Xarici İşlər Nazirliyində işləmək istəyənlərin sənədlərinin qəbulu müddəti bitəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Vaqif Sadıxov məlumat verib.

Sənədlərin qəbuluna mayın 17-də başlanılıb. İmtahanlar barədə informasiya Azərbaycanın Xarici İşlər Nazirliyinin veb-saytında yerləşdirilib. Sadıxovun sözlərinə görə, namizədlər üç imtahan verməli olacaqlar. Həmin imtahanların nəticələri dərhal elan olunacaq. Hər üç imtahandan müvəffəqiyyətlə keçən namizədlər XİN-ə 6 ay müddətinə işə götürüləcək. Sadıxovun sözlərinə görə, onların arasında yüksək peşəkarlıq nümayiş etdirənlər daimi işə götürüləcək.

Nazir müavini onu da qeyd edib ki, işə qəbulla bağlı nəticələrə əsasən, nazirliyin yeni əməkdaşlarının bilik səviyyəsi qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti