...

"İnter"in aparıcı futbolçuları mövsümlərarası dövrdə komandanı tərk edəcəklər

Cəmiyyət Materials 30 May 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "İnter" klubunun aparıcı futbolçuları mövsümlərarası dövrdə komandanı tərk etmək niyyətindədirlər.

Digər klubların təkliflərini yığmanın üzvləri Fərhad Vəliyev, Emin İmaməliyev və Zaur Həşimov, habelə legionerlər Nikola Yoloviç, Toni Aleqbe, Tomas Rajanauskas və Valdas Trakis nəzərdən keçirməyə hazırdırlar. Komandanın kapitanı Elmar Bəxşiyev isə artıq ölkə çempionu "Xəzər-Lənkəran"la razılaşıb. Bəxşiyev bu klubun heyətində Çempionlar liqasında iştirak etmək imkanına malikdir.

Futbolçuların "İnter"dən getməsi "bankçılar"ın avrokuboklara vəsiqə qazana bilməməsi ilə izah olunur. Növbəti mövsümdə də komandaya Valentin Xodukin rəhbərlik edəcək. "İnter"in Direktorlar Şurası çalışdırıcı ilə müqaviləni uzatmaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti