...

Bizim manekenlər Fransaya gedə bilərlər

Cəmiyyət Materials 30 May 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx.TrendLife Vüqar Vüqarlı/Necə deyərlər, o maneken pisdir ki, Fransaya getməyi arzulamır. Bizim manekenlərin arzusu reallaşır. Belə ki, "AMG Models"in bir neçə modeli Fransa podiumunda iştirak edəcəklər.

"Fasion Model sshool" model məktəbinin səhnəsində 35 qızdan cəmi 5 nəfər seçilib və həmin beş nəfər Fransada işləyə bilər. Ancaq bu o demək deyil ki, Leyla Rəhimli, Anita Tağıyeva, Lidiya Orlova, Aleksandr Şevçenko və Aleksandr Əliyev artıq Fransada işləmək təklifini alıblar. Şirkətdən bildiriblər ki, hələ seçim olacaq. Görsünlər onlardan hansı orda iştirak etməyə layiqdir. Bu proses bir həftə davam edəcək.

Xəbər lenti

Xəbər lenti