...

Rusiya KİV-i: "Xəzər"in var gücü ilə özünü müdafiə etməsinə baxmayaraq xorvatların ustalığı özünü göstərib

Cəmiyyət Materials 25 İyul 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Azərbaycan futbolçuları var gücləri ilə müdafiə olunurdular, lakin xorvatların ustalığı əvvəl-axır özünü göstərib: əlavə ayrılmş vaxtda onlar iki qol vurmağa və 3:1 hesabı ilə qalib gəlməyə müvəffəq olublar". "Xəzər"in "Dinamo"ya qarşı çempionlar liqasının seçmə mərhələsində cavab oyunu barədə məşhur portal gazeta.ru belə yazır.

gazeta.ru saytının verdiyi məlumata görə, bu görüşdə az qala Avropa kubokunun birinci mərhələsinin əsas sensasiyası baş verəcəkdi. "Cavab görüşü ev sahibləri üçün ruh düşkünlüyü ilə başlayıb: 12-ci dəqiqədə Cuniorun dəqiq zərbəsindən sonra qonaqlar hesabı açıblar. Matçın əsas vaxtının sonuna qədər ev sahibləri Vuqrinesin köməyi ilə hesabı bərabərləşdiriblər və oyunu overtayma keçiriblər" - məqalədə belə deyilir.

Növbəti raundda Zaqrebdən olan yığma "Tirana" (Albaniya) - "Domjale" (Sloveniya) cütlüyünün qalibi ilə oynayacaq. Bu rəqiblər arasında ilk görüş 1:0 hesabı ilə sloveniyalıların qalibiyyəti ilə bitib.

Xəbər lenti

Xəbər lenti