...

Salyanda 946 körpə dünyaya gəlib

Cəmiyyət Materials 28 İyul 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Salyan rayonunda ilin əvvəlindən iyulun sonuna qədər 946 körpə dünyaya gəlib. Doğulan körpələrin 483 nəfəri oğlan, 463-ü isə qızdır. Bu barədə şənbə günü Salyan rayon Statistika İdarəsinin rəisi Seyfulla İsmayılov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə 495 nigah və 31 boşanma qeydə alınıb, 429 nəfər dünyasını dəyişib.

Əhalinin sayı 119, 6 min nəfər olub. Hesabat dövründə əhali 482 nəfər və yaxud 0,4% artıb. Rayon əhalisinin 58,1 min nəfərini (49,1%) kişilər, 69,9 min nəfərini (50,9%) qadınlar təşkil edir.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti