...

ATƏT azərbaycanlı müəllimlər üçün treninq keçirəcək

Cəmiyyət Materials 8 Avqust 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ ATƏT-in Bakı ofisi bu həftə əsas məqsədi Azərbaycanın orta məktəb müəllimlərinin ekologiya sahəsində maarifləndirilməsi olan layihə üzərində işə başlayıb. Bu barədə ATƏT-in Bakı ofisinin məlumatında göstərilib.

Layihənin məqsədi - Azərbaycanda ekoloji təhsildə davamlı inkişaf sahəsində imkanları müəyyən etməkdir. Bu istiqamətdə işlər ilin sonuna qədər davam edəcək.

ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə nümayəndəsi Torbjorn Bjorvatn hesab edir ki, Azərbaycanda ekoloji vəziyyət narahatçılıq doğurur və bu nöqteyi nəzərdən orta məktəblərdə ekoloji anlayışın artırılması çox mühümdür.

"Biz yerli dildə müasir materiallarla təmin etməklə müəllimlərin öyrənmə və öyrətməyə yeni yanaşmalarını inkişaf etdirmək imkanına malik olmaqdan məmnunuq"- deyə o qeyd edib.

Təhsil proqramında təqribən 1000 nəfər iştirak edəcək.

Layihə nəinki yalnız ekologiyanın müxtəlif sahələrində bilik almağa, həmçinin məktəbdə, evdə və ictimaiyyətdə yeni davranış modelinin yaradılmasına kömək edəcək. Layihə yerli qeyri hökumət təşkilatları ilə birgə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti