...

Astarada quduzluq faktları qeydə alınıb

Cəmiyyət Materials 21 Avqust 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P. Əliyeva/ Astara rayonunda son 10 gündə üç quduzluq faktı qeydə alınıb. Bu barədə çərşənbə axşamı rayon Baytarlıq İdarəsinin müdiri Mübariz Axundov məlumat verib.

Onun sözlərinə görə, rayonun Ərçivan kəndində sahibsiz it dörd nəfəri dişləyib. Digər biri isə rayonun Sərhək kəndində qeydə alınıb. Sonuncu quduzluq faktı isə avqustun 19-da Siyəki kəndində iribuynuzlu mal-qarada müşahidə olunub. Axundov bildirib ki, hesabat dövründə rayonda 115-ə yaxın itlərin insanları və mal-qaranı dişləmə faktı qeydə alınıb.

Birinci və sonuncu faktla bağlı heyvanların başı Respublika Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına müayinə olmaq üçün göndərilib və quduzluq faktı təsdiqlənib.

Quduzluqla bağlı rayonda 846 baş mal-qara peyvənd olunub. Vaksinlər gətiriləndən sonra daha 4000 baş mal-qara peyvənd ediləcək

Astara paytaxt Bakıdan 300 kilometr cənubda yerləşir

Xəbər lenti

Xəbər lenti