...

Azərbaycan Dövlət Gənclər Teatrı Qax və Şəkiyə qastrol səfərinə hazırlaşır

Cəmiyyət Materials 27 Avqust 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / "TrendLife" , müxbir Məmməd Əli/ Paytaxtda teatrların təmirlə əlaqədar bağlanmasına baxmayaraq, teatr kollektivləri öz fəaliyyətlərini ölkənin rayonlarında davam etdirirlər. Onu da qeyd edək ki, bir çox teatrlar on ildir ki, regionlara qastrol səfərlərinə getmirlər. Lakin Azərbaycan Dövlət Gənclər Teatrı bu ənənəni sındıra bildi. Teatrın rejissoru Sərvər Əliyevin "TrendLife"a dediyinə görə, sentyabr ayının sonlarında teatr ən yaxşı tamaşaları ilə Azərbaycanın qərb rayonlarına qastrol səfəri edəcək. Qastrollar Şəki və Qax rayonlarına nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti