Azərbaycan, Bakı, 5 sentyabr/ "TrendLife", müxbir Eldar Hüseynzadə/
Bu il Azərbaycan şairi Almas İldırımın 100 yaşı tamam olur. TrendLife-ın verdiyi məlumata görə, prezident İlham Əliyev yubileyin yüksək səviyyədə keçirilməsi barədə sərəncam verib. Beləliklə, sentyabrın 28-də Opera və Balet Teatrında tədbir olacaq. Türkiyədən çoxlu qonaqların gələcəyi gözlənilir.Almas İldırım 23 yaşında Türkiyəyə köçmüş və ömrünün sonuna kimi orda yaşamışdır. Onu da qeyd edək ki, aprelin 9-da Türkiyədə Almas İldırımın yubileyi keçirilib. Bayram tədbirində Azərbaycandan olan mədəniyyət nümayəndələri də iştirak ediblər.