...

MOK-un vitse-prezidenti: Azərbaycan idmançılarının olimpiadada medalları artacaq

İdman Materials 30 İyul 2012 17:50 (UTC +04:00)
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında növbəti günlərdə Azərbaycan idmançılarının və qazanacaqları medalların sayı artacaq.
MOK-un vitse-prezidenti: Azərbaycan idmançılarının olimpiadada medalları artacaq

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında növbəti günlərdə Azərbaycan idmançılarının və qazanacaqları medalların sayı artacaq. Bu barədə Trend-ə bazar ertəsi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

"Hələ ki, Olimpiadada Azərbaycanın az sayda idmançıları mübarizəyə qoşulub. Getdikcə gündəlik yarışan idmançılarımızn sayı artacaq və biz onlardan medal gözləyirik", - o deyib.

Hüseynzadə xüsusilə qeyd edib ki, sabah Azərbaycan cüdoçusu Elnur Məmmədli 81 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulacaq.

"Hələ bu gün boksçularımız Olimpiya medalları uğrunda yarışlara start verirlər, həmçinin ağırlıqqaldıranımız Boyanka Kostovanın çıxışı var", - o bildirib.

MOK-un vitse-prezidenti ağırlıqqaldırma üzrə Valentin Xristovun bürünc medal qazanmasının kifayət qədər uğurlu nəticə olduğunu qeyd edib.

"Üçüncü yer çox yaxşı nəticədir. Üçüncü yeri gözləyirdik, buna da nail olduq", - o deyib.

Xəbər lenti

Xəbər lenti