...

DÇ-2012-də ¼ finalın bütün iştirakçıları bəlli oldu

İdman Materials 30 Sentyabr 2012 19:46 (UTC +04:00)
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir.
DÇ-2012-də ¼ finalın bütün iştirakçıları bəlli oldu

Аzərbaycan, Bakı, 30 sentyabr /Trend /

Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Trend xəbər verir ki, bazar günü qrup mərhələsinə yekun vuruldu.

Beləliklə, artıq mundialın dörddəbir finalçılarının adları məlumdu. A qrupundan Nigeriya ilə Kanada, B qrupundan KXDR və Fransa, C qrupundan Yaponiya və Braziliya, D qrupundan isə Almaniya və Qana pley-offa vəsiqə qazanıb.

Azərbaycan, Kolumbiya, ABŞ, Qambiya, Meksika, Yeni Zelandiya, Çin və Uruqvay dünya çempionatı ilə elə qrup mərhələsində vidalaşmalı olub.

Beləliklə, dörddəbir finalda oktaybrın 4-də Nigeriya - Fransa və KXDR - Kanada, oktyabrın 5-də isə Yaponiya - Qana, Almaniya - Braziliya qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti