...

Bədii gimnastika üzrə 19-cu Azərbaycan birinciliyi keçirilib (FOTO)

İdman Materials 16 Noyabr 2012 16:56 (UTC +04:00)
Bakıda cümə günü bədii gimnastika üzrə cari ilin yekun yarışı - 19-cu Azərbaycan birinciliyi keçirilib.
Bədii gimnastika üzrə 19-cu Azərbaycan birinciliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü bədii gimnastika üzrə cari ilin yekun yarışı - 19-cu Azərbaycan birinciliyi keçirilib.

Trend-in məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışlar beş yaş qrupuna (1997-1999, 2000-2001, 2002, 2003 və 2004-cü il təvəllüdlü) bölünüb, ümumilikdə isə 93 gimnast iştirak edib.

Gimnastlar yalnız çoxnövçülükdə medallar uğrunda mübarizə aparıblar.

Yarışlarda "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Spartak", DİN-in İdman Cəmiyyəti və "Sərhədçi", "Bakı" PİK və Nizami rayonunun UGYM-nin gimnastları ilə yanaşı, Xırdalan, Gəncə, Qusar və Sumqayıt idmançıları da iştirak ediblər.

2003-cü il təvəllüdlü gimnastlar arasında birinci yeri Aydan Ağayeva, ikinci yeri Ləman Hüseynova, üçüncü yeri isə Darya Farşbafşəhriyari tutub.

2004-cü il təvəllüdlü idmançılar arasında isə ilk üç yerə müvafiq olaraq, Lalə Kramarenko, Nərmin Səmədova və Arzu Cəlilova layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti