...

XIII tur: "Rəvan" və "Qəbələ" qələbə qazandılar

İdman Materials 19 Noyabr 2012 17:58 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub.
XIII tur: "Rəvan" və "Qəbələ" qələbə qazandılar

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub.

Trend-in məlumatına görə, "Qəbələ" evdə Gəncənin "Kəpəz" klubu ilə qarşılaşıb.

Birinci hissədə müqavimətlə üzləşən Qəbələ futbolçuları 61-ci dəqiqədə istəklərinə çatıblar - Viktor Mendi fərqlənib. Cəmi beş dəqiqə sonra Rəşad Abdullayev penalti zərbəsindən dəqiq yararlanmaqla yekun nəticəni müəyyən edib (2:0).

Turun son qarşılaşması isə Bayıl stadionunda keçirilib. Burada yerli "Rəvan" klubu paytaxtın digər komandası AZAL-ı qəbul edib.

Tərəflərin qarşılıqlı cəhdlərinə baxmayaraq, matçda ilk qol 85-ci dəqiqədə "Rəvan"ın futbolçusu Nuran Qurbanovdan gəlib - 1:0. Oyun elə bu hesabla da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti