...

Azərbaycan taekvondoçuları son hazırlıqları davam etdirirlər

İdman Materials 30 Yanvar 2013 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycan taekvondoçuları 2013-cü ilin ilk yarışı ərəfəsindədirlər. Gənclərdən ibarət seçmə komandamız ənənəvi "Trelloborq Open" turnirinə son hazırlıqları davam etdirir.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, taekvondoçularımız baş məşqçi, respublikanın əməkdar məşqçisi Məmməd Abdullayev və komandanın böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi ilə federasiyanın idman zalında gün ərzində iki dəfə təlim-məşq keçirlər. Yanvarın 17-dən fiziki məşqlərə başlayan idmançılar fevralın 5-dək hazırlıqlarını taktiki hissə ilə davam etdirəcəklər.

İsveçdə Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışında iştirak etmək üçün məşqçilər heyəti aşağıda adları çəkilən idmançılara etimad göstərib:

Oğlanlar

-45 kq, Tağı Tağızadə

-48 kq, Babək Əjdərli

-51 kq, Samir Novruzov

-55 kq, Məhəmməd Məmmədov

-55 kq, Məmmədnəbi Alqayev

-59 kq, Əli Axundov

-59 kq, Yusif Hüseynli

-63 kq, Ayxan Tağızadə

-63 kq, Nicat Fərəcov

-68 kq, Saməddin Əliyev

-73 kq, Səid Quliyev

+78 kq, Elnur Məhərrəmov

Qızlar

-44 kq, Mirxanım Ağayeva

-44 kq, Nərminə Məmmədova

-46 kq, Təranə Məmmədova

-49 kq, Zümrüd Məlikova

-52 kq, Aynur Məmmədova

-59 kq, Zeyvi Kərimova

Fevralın 9-10 tarixlərinə təyin edilən "Trelleborq Open" bütün yaş qrupları üzrə keçiriləcək. Yarışa ayın 7-də yollanacaq gənclərdən ibarət seçmə komandamız fevralın 12-də Vətənə dönəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti