...

Hokkeydə görünməmiş darmadağın

İdman Materials 15 Fevral 2013 11:26 (UTC +04:00)
Rusiyanın Sankt Peterburq şəhərinin “Gümüş aslanlar 95” (Серебряные Львы 95) gənclərdən ibarət xokkey komandası Türkmənistan prezidenti kuboku uğrunda turnirdə 60:0 hesabı ilə qələbə qazanıb.
Hokkeydə görünməmiş darmadağın

Azərbaycan, Bakı, 15 fevral / Trend /

Rusiyanın Sankt-Peterburq şəhərinin "Gümüş aslanlar 95" ("Серебряные Львы 95") gənclərdən ibarət hokkey komandası Türkmənistan prezidenti kuboku uğrunda turnirdə 60:0 hesabı ilə qələbə qazanıb. Trend-in məlumatına görə, bu barədə "Gümüş aslanlar 95" xokkey klubunun rəsmi saytında məlumat verilir.

Rus hokkeyçiləri bu hesabla Birləşmiş Ərəb Əmirliklərinin milli komandasını darmadağın ediblər.

Sankt Peterburq klubu turnirin yarımfinal mərhələsinə çıxıb, və burada "Ximki" ilə qarşılaşacaq.

Ümumiyyətlə hokkey tarixində ən böyük hesablı qələbə Asiya və Okeaniya ölkələrinin gənclərarası çempionatında Cənubi Koreya yığmasının Tailanda 92:0 hesablı qələbəsi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti