...

Azərbaycanın qadın güləşçiləri Avstriyada qüvvələrini sınayacaqlar

İdman Materials 30 May 2013 10:32 (UTC +04:00)
Mayın 31 iyun 2-də Avstriyanın Getsiz şəhərində qadın güləşi üzrə XV Beynəlxalq Turnir keçiriləcək. Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamız nəzərdə tutulan təqvim planına əsasən həmin turnirdə iştirak edəcək.
Azərbaycanın qadın güləşçiləri Avstriyada qüvvələrini sınayacaqlar

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 31 iyun 2-də Avstriyanın Getsiz şəhərində qadın güləşi üzrə XV Beynəlxalq Turnir keçiriləcək. Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamız nəzərdə tutulan təqvim planına əsasən həmin turnirdə iştirak edəcək.

Daha sonra komandamızın üzvləri, turnirdə iştirak edən yığma komandaların iştirakı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirdə və TMT-da ölkəmizi Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (51 kq), İrina Netreba (59 kq), Yuliya Ratkeviç (59 kq, ehtiyat), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcəklər.

Turnir zamanı görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti