...

Brugge–İstanbul–Bakı marşrutu ilə beynəlxalq velosiped yürüşünə start verilib (FOTO)

İdman Materials 2 İyul 2013 13:22 (UTC +04:00)
İyulun 1-də 74 yaşlı Belçikalı Kristof Hurtekantın rəhbərliyi altında Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət bir qrupun Brugge-İstanbul-Bakı marşrutu üzrə velosiped yürüşü start götürüb.
Brugge–İstanbul–Bakı marşrutu ilə beynəlxalq velosiped yürüşünə start verilib (FOTO)

Azərbaycan, Bakı, 2 iyul / Trend, müxbir S.Əhmədova /

İyulun 1-də 74 yaşlı belçikalı Kristof Hurtekantın rəhbərliyi altında Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət bir qrupun Brugge-İstanbul-Bakı marşrutu üzrə velosiped yürüşü start götürüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, velosiped yürüşünün iştirakçıları Belçikanın Brugge şəhərindən yürüşə çıxaraq, Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstan ərazilərindən keçməklə 1 avqust tarixində Bakıya çatacaqlar.

Yürüşün ümumi uzunluğu 5555 km təşkil edir.

Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin nümayəndəsi yürüşün başlanğıc məntəqəsində təşkil edilmiş mərasimdə iştirak edərək, yürüş iştirakçılarına bu uzun yolda uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti